Masallıda Viləş çayına 87 min balıq körpəsi buraxılıb

Masallıda Viləş çayına 87 min balıq körpəsi buraxılıb Masallıda 87 min balıq körpəsi Viləş çayına buraxılıb.
Ekologiya
21 Fevral , 2023 17:24
Masallıda Viləş çayına 87 min balıq körpəsi buraxılıb

Masallıda Viləş çayına cəkikimi balıqlardan çəki, enli alın və ağ amur növlərindən olan 87 min balıq körpəsi buraxılıb.

''Report''un Cənub bürosu xəbər verir ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Daxili İşlər Nazirliyinin su polisi bölməsi əməkdaşlarının və Masallı Asan Xidmət nümayəndələrinin iştirakı ilə baş tutub.

Viləş çayına buraxılan balıq körpələri ETSN-nin Kiçik Qızılağac Balıqartırma təsərrüfatında yetişdirilib.

ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyevin sözlərinə görə, məqsəd su hövzələrində balıqların təbii populyasiyasına imkan yaratmaqdır: "Ötən il bu məqsədlə 5 milyon 500 min balıq körpəsi təbii su hövzələrinə buraxılıb. Bu il bu rəqəmin 6 milyona çatdırılması nəzərdə tutulub. Bu kimi tendensiyaların işğaldan azad olmuş ərazilərdə də həyata keçirilməsi nəzərdə tutulub. Balıqların Viləş çayının bu hissəsində suya buraxılması da təsadüfü deyil. 10-20 qram arasında çəkiləri olan balıq körpələri bir müddət burada adaptasiya dövrünü yaşadıqdan sonra dənizə çıxır. Bu da görülən işin effektliyini artırır".

O vurğulayıb ki, bu tədbir brakonyerliklə, qanunsuz ovla məşğul olan şəxslərə də bir mesajdır: "Bu istiqamətdə də aidiyyati qurumlar qanun pozucularına qarşı ciddi tədbirlər görülür".

Son xəbərlər

Orphus sistemi