Keniyalı QHT rəhbəri: “Təbiət və insan sağlamlığı üçün təhlükəli layihələr həyata keçirilməməlidir”

Keniyalı QHT rəhbəri: “Təbiət və insan sağlamlığı üçün təhlükəli layihələr həyata keçirilməməlidir” “İki ölkənin sərhədində ətraf mühit və buna uyğun olaraq burada yaşayan insanlar üçün risk daşıyan layihələr həyata keçirilən zaman mütləq bütün tərəflərlə razılaşdırılmalıdır”.
Ekologiya
29 İyun , 2023 23:08
Keniyalı QHT rəhbəri: “Təbiət və insan sağlamlığı üçün təhlükəli layihələr həyata keçirilməməlidir”

“İki ölkənin sərhədində ətraf mühit və buna uyğun olaraq burada yaşayan insanlar üçün risk daşıyan layihələr həyata keçirilən zaman mütləq bütün tərəflərlə razılaşdırılmalıdır”.

Bu barədə “Report”a açıqlamasında Keniyada yerləşən “Wote Development Projects” şirkətinin icraçı direktoru Peter Nqola Oviti Ermənistanın Azərbaycanla sərhəddə metallurgiya zavodu tikməsinə münasibət bildirərkən deyib.

P. Ovitinin sözlərinə görə, onun təşkilatının məşğul olduğu sahələrdən biri də ətraf mühitin mühafizəsi və insan sağlamlığıdır:

“Ermənistanın Azərbaycanla sərhəddə həyata keçirdiyi layihə barədə məlumat aldım. Bu cür layihələr üzərində qurulduğu çayı çirkləndirə, insan sağlamlığına zərər verə bilər. Ona görə də belə müəssisələr yalnız təsir göstərdikləri bütün ölkələrin maraqları nəzərə alınmaqla, eləcə də bu cür transsərhəd layihələrlə bağlı beynəlxalq konvensiyalara və sazişlərə uyğun olaraq və insan hüquqları nəzərə alınmaqla yaradıla bilər.

Birbaşa risk altında olan insanların müzakirələrdə iştirakı lazımdır. Ətraf mühitə təsirin tam qiymətləndirilməsi və bütün tərəflərin iştirakı ilə ictimai müzakirələrin həyata keçirilməsi tələb olunur. Ekoloji təhlükə çox yüksəkdirsə, belə layihələr həyata keçirilə bilməz”.

Son xəbərlər

Orphus sistemi