İmişlidə bu gün 600-ə yaxın ağac əkilib

İmişlidə bu gün 600-ə yaxın ağac əkilib 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı İmişli rayonunda silsilə tədbirlər davam etdirilir.
Ekologiya
21 Oktyabr , 2024 23:12
İmişlidə bu gün 600-ə yaxın ağac əkilib

2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı İmişli rayonunda silsilə tədbirlər davam etdirilir.

"Report"un Muğan bürosunun məlumatına görə, oktyabrın 21-də Hacıqabul – Bəhrəmtəpə – Mincivan magistral avtomobil yolunun 110-cu km-liyinin kənarında növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiyada İmişli Rayon İcra Hakimiyyətinin başçısı, YAP İmişli rayon təşkilatının sədri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, MKTİB-nin əməkdaşları və rayon sakinləri iştirak ediblər.

Həyata keçirilən aksiya zamanı avtomobil yolunun kənarında 600-ə yaxın şam ağacı əkilib, yeni əkilən tinglər suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib və ərazidə müvafiq abadlıq işləri aparılıb.

Aksiyada əsas məqsəd yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığın bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verməkdir.

Son xəbərlər

Orphus sistemi