Havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək

Ekologiya
  • 25 dekabr, 2023
  • 05:50
Havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin dekabrın 25-də gündüz saatlarından tədricən sabitləşəcəyi, 26-27-də əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, arabir güclənən mülayim cənub küləkləri üstünlük təşkil edəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

44 - Tezliklə