Serik Beysimbayev: "Qazaxıstanda akvakultura məhsullarının istehsalı 100 min tona çatdırılacaq"

ASK
  • 05 noyabr, 2026
  • 12:54
Serik Beysimbayev: Qazaxıstanda akvakultura məhsullarının istehsalı 100 min tona çatdırılacaq

Qazaxıstanda akvakultura məhsullarının istehsalı 2030-cu ilədək 100 min tona çatdırılacaq.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsinin Nura-Sarısu bölgələrarası hövzə balıqçılıq Müfəttişliyinin rəisi Serik Beysimbayev l Azərbaycan Regional Akvakultura Forumunda deyib.

Onun sözlərinə görə, Qazaxıstanda akvakulturanın inkişafı xüsusi əhəmiyyət kəsb edir: "Qazaxıstanın balıqçılıq və akvakultura sahəsində 2021–2030-cu illəri əhatə edən Balıqçılıq Təsərrüfatının İnkişafı Proqramı çərçivəsində, 2025-ci ildə Qazaxıstanın "Akvakultura haqqında" qanunu qəbul edilib. Qanun investisiya iqliminin təkmilləşdirilməsini, innovativ sənaye texnologiyalarının tətbiqinin stimullaşdırılmasını, dövlət dəstəyi mexanizmlərinin inkişaf etdirilməsini, daxili bazarın zənginləşdirilməsini və ixrac potensialının genişləndirilməsini nəzərdə tutur. Bu sahənin inkişaf proqramı artıq 2030-cu ilə qədər təsdiq edilib. Yəni faktiki olaraq, akvakulturanın və əmtəəlik balıqçılığın inkişafı üzrə bu proqramın məqsədi 2030-cu ilə qədər ildə 100 min ton akvakultura məhsulunun istehsalına çatmasıdır".

O bildirib ki, akvakulturanın inkişafının əsas faktorlarından biri dövlət dəstəyi kimi subsidiyalaşdırmadır: "İnvestisiya qoyuluşlarına subsidiyalar nəzərdə tutulur, yəni böyük investisiya qoyuluşları zamanı dövlət tərəfindən texnologiyaların alınmasına, texnikanın alınmasına, eləcə də investisiya layihəsinin özünün tikintisinə 25-20 %-dən 25 %-ə qədər hissəsi dövlət tərəfindən subsidiyalaşdırılır. Gələcəkdə isə layihənin həyata keçirilməsi zamanı yemlərin, dərman preparatlarının alınması, balıq körpələrinin alınması, həmçinin bioloji əsaslandırma üçün yerli büdcədən istifadəçilərin çəkdikləri xərclərin 50 %-ə qədəri subsidiyalaşdırılır. Bu, fəal dəstəkdir, son 4 ildə bu qaydalar qəbul edilib və bu gün ildən-ilə subsidiyalaşdırma faizi artır. Həmçinin balıq yetişdirilməsi və emalı layihələri üçün illik 2,5 % dərəcəsi ilə büdcə kreditləşdirilməsi nəzərdə tutulub. Eyni zamanda bu ildən illik 6 % dərəcəsi ilə investisiya layihələrinin güzəştli maliyyələşdirilməsi alətləri də tətbiq olunub".

44 filmi