Gənc fırça ustalarının Şahdilinə yaradıcılıq turu təşkil olunacaq

Gənc fırça ustalarının Şahdilinə yaradıcılıq turu təşkil olunacaq "Yaşıl dünya naminə həmrəylik ili"nə töhfə vermək məqsədilə Azərbaycan Gənc Rəssamlar Birliyi (AGRB) və "RAN Art studio"nun təşkilatçılığı, Abşeron Milli Parkının dəstəyi ilə aprelin 14- də gənc fırça ustalarının Şahdilinə yaradıcılıq turu təşkil olunaca
Ekologiya
12 Aprel , 2024 12:56
Gənc fırça ustalarının Şahdilinə yaradıcılıq turu təşkil olunacaq

"Yaşıl dünya naminə həmrəylik ili"nə töhfə vermək məqsədilə Azərbaycan Gənc Rəssamlar Birliyi (AGRB) və "RAN Art studio"nun təşkilatçılığı, Abşeron Milli Parkının dəstəyi ilə aprelin 14- də gənc fırça ustalarının Şahdilinə yaradıcılıq turu təşkil olunacaq.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verib.

Bildirilib ki, "Təbiətimizi tərənnüm edirik, onu qorumaq üçün" adlı layihə çərçivəsində təşkil edilən "Şah dili-dalğalar və fırçalar" adlı turda gənc rəssamlar Şahdilini ziyarət etməyi, öz fırçalarında Şahdili peyzajını yaratmağı hədəfləyir.

Abşeron Milli Parkından başlayan layihə Azərbaycan təbiətinin gözəlliklərini və möcüzələrini tablolara köçürmək, təbiətimizin qorunmasını təbliğ və təşviq etmək üçün digər milli parkları da əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi