Sentyabrın 26-sı saat 17:00-a olan məlumata əsasən hazırda bir sıra rayonlara yağış yağır.
Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Göygöl, Gəncə, Şəmkir, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy, Şabran, Qəbələ, Zaqatala, İsmayıllı, Şəki, Şahdağ, Balakən, Oğuz, Xınalıq, Xaçmaz, Quba, Qusar, Qrız, Qax, Biləsuvar, Yardımlı, Lerikdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Şərq küləyi Naftalanda 18 m/s, Culfada 15 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 28, Aran rayonlarında 26, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınıb.
Sentyabrın 26-sı saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.
Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Zaqatalada 106 mm, Lənkəranda 33 mm, Qəbələdə 21 mm, Astarada 19 mm, Lerikdə 12 mm, Balakəndə 8 mm, Yardımlıda 6 mm, Göyçay, Şəki, Oğuz, Şəmkir, Qax, İsmayıllı, Tərtərdə 4 mm-dək olub.
Şərq küləyi arabir Bakıda və Abşeron yarımadasında, Neftçalada 20 m/s, Cəfərxanda 16 m/s-dək güclənib.
Göygöl, Lerik rayonlarında, Şahdağda və Qrızda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 29, Aran rayonlarında 31, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.