Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 21-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü Şarıbaşda (Qax) 45, Ağdərədə (Ordubad) 27, Şamaxıda 25, Daşkəsəndə 22, Şərurda 20, Kişçay (Şəki), Gədəbəy, Qusarda 18, Qəbələ, Şəki, Altıağacda 17, Lerikdə 14, Göygöldə 13, Kəlvəz, Şahbuzda 12, Quba, Qrızda 11, Yardımlıda 10, Naxçıvan, Sədərək, Mərəzədə 9, Xaçmaz, Xaltanda 7, Salyanda 6, Şahdağda 4, Oğuzda 2, Neftçala, Astarada 1 sm olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Bakıda 12 (aylıq normanın 51 faizi), Binədə 11 (aylıq normanın 47 faizi), Maştağada 10 (aylıq normanın 36 faizi), Pirallahıda 9 (aylıq normanın 49 faizi), Sumqayıtda 6, Çilov adasında 2, Neft Daşlarında 1 mm; Lənkəran-Astara zonasında: Astarada 17, Lerik, Biləsuvarda 14, Neftçalada 12, Lənkəranda 11, Yardımlıda 9, Kəlvəzdə 6 mm; Naxçıvan MR-da: Ordubadda 10, Şahbuzda 9, Ağdərədə (Ordubad) 5, Naxçıvanda 3, Şərurda 2 mm; Kiçik Qafqaz zonasında: Gədəbəy, Daşkəsəndə 1 mm-dək; Böyük Qafqaz zonasında: Sarıbaşda (Qax) 8, Qusarda 7, Altıağac, Oğuzda 6, Qəbələ, Şabran, Quba, Şəki, Mərəzədə 5, Xaçmaz, Kişçayda (Şəki) 3, Xaltanda 2 mm; Mərkəzi-Aran zonasında: Salyanda 12, Sabirabad, Qazıməmməddə 8, Cəfərxanda 7, Göyçay, İmişli, Kürdəmirdə 4, Zərdab, Beyləqanda 2, Bərdə, Tərtərdə 1 mm-dək olub.
Naxçıvan, Şərur, Daşkəsən, Qəbələ, Şamaxı, Mərəzə, Qrız, Göyçay, Lerik, Kişçayda (Şəki), Sarıbaş (Qax), Yevlax, Qazıməmməddə duman müşahidə olunub.
Şimal-qərb küləyi arabir Neft Daşlarında 20, Sumqayıtda19, Naftalan, Qum adasında 18, Çilov adası, Bakıda 17, Pirallahıda 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatıb.
Havanın temperaturu iqlim normasından 2 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, aran rayonlarında 2, dağlıq rayonlarda 8-11, yüsək dağlıq ərazilərdə 14-20, Naxçıvan MR-da 7-11 dərəcə şaxta olub.