ETSN: "Milli parklarımızı ziyarət etməyin əsl vaxtıdır"

ETSN: "Milli parklarımızı ziyarət etməyin əsl vaxtıdır" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova öz facebook səhifəsində Göygölün donması və Şahdağa reintroduksiya olunan zubr va nəcib maralların qarlı havada növbəti görüntülərini paylaşıb.
Ekologiya
24 Fevral , 2023 15:18
ETSN: Milli parklarımızı ziyarət etməyin əsl vaxtıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova öz facebook səhifəsində Göygölün donması və Şahdağa reintroduksiya olunan zubr va nəcib maralların qarlı havada növbəti görüntülərini paylaşıb.

"Report"un xəbərinə görə, o bildirib ki, Azərbaycan təbiətinin köhnə və yeni sakinləri olan zubrlar bu qışın növbəti qarlı günlərini yaşayır:

"Şahdağ Milli Parkının İsmayıllı bölməsində onlar qarlı, ağappaq mühitdə daha əzəmətli görünürlər. Nəcib marallar isə təbiətimizin yaraşığıdır, deyək. Qarda onları seyr etməyin ayrı qüruru var. Göygölün ecazkar qar mənzərəsi də bu gün bizə yenidən əfsanə yaşadır. Göygöl də, Maralgöl də donub, mavi sular buz qatı ilə örtülüb, hər zaman müşahidə edilməsi mümkün olmayan xatirə mənzərəsi.

Milli parklarımızı ziyarət etməyin əsl vaxtıdır".

Son xəbərlər

Orphus sistemi