EPF Koalisiyası Ermənistanı dağ-mədən sektoru ilə bağlı materialları ictimailəşdirməyə çağırıb

EPF Koalisiyası Ermənistanı dağ-mədən sektoru ilə bağlı materialları ictimailəşdirməyə çağırıb Cənubi Qafqaz regionunda ətraf mühitin mühafizəsini müdafiə edən “Environmental Protection First” (EPF) Koalisiyası yenidən Ermənistanın dağ-mədən sektorunda iştirak edən yerli və beynəlxalq şirkətləri Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) üzr
Ekologiya
18 Yanvar , 2024 16:06
EPF Koalisiyası Ermənistanı dağ-mədən sektoru ilə bağlı materialları ictimailəşdirməyə çağırıb

Cənubi Qafqaz regionunda ətraf mühitin mühafizəsini müdafiə edən “Environmental Protection First” (EPF) Koalisiyası yenidən Ermənistanın dağ-mədən sektorunda iştirak edən yerli və beynəlxalq şirkətləri Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) üzrə sənədləri ictimailəşdirməyə çağırıb.

“Report” EPF-ə istinadən xəbər verir ki, Ermənistan tərəfinin cavab verməməsi onun dağ-mədən sənayesində fəaliyyətin şəffaflığını sual altında qoyur.

“Biz Ermənistanda fəaliyyət göstərən dağ-mədən şirkətlərini koalisiyamızla ünsiyyətə açıq olmağa çağırırıq. “Environmental Protection First” (EPF) Koalisiyası regionumuzdakı çirklənmə ilə bağlı rəhbərliklə görüşmək üçün bu şirkətlərin baş ofisləri ilə əlaqə saxlamağı planlaşdırır”, - müraciətdə bildirilib.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini əsas tutaraq Koalisiya üzvləri Ermənistanda dağ-mədən şirkətlərinin fəaliyyəti nəticəsində regionda ciddi ekoloji vəziyyətlə bağlı narahatlıqlarını bildirərək bu ölkənin baş naziri Nikol Paşinyana birbaşa müraciət ediblər.

“2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini qeyd edərək, Ermənistanı ətraf mühit məsələlərində daha diqqətli olmağa təşviq etmək lazımdır. Biz Ermənistanda fəaliyyət göstərən ictimai təşkilatları və ətraf mühit fəallarını bütün regionun maraqları naminə səylərimizi birləşdirməyə çağırırıq. Axı belə məsuliyyətsiz işlərdən ilk növbədə Ermənistan əhalisi əziyyət çəkir. Unutmayaq ki, təbiət sərhəd tanımır və hamımız eyni regionda yaşayırıq”, - sənəddə vurğulanıb.

Onlar qeyd ediblər ki, Ermənistanda dağ-mədən sənayesi ilə məşğul olanların ƏMTQ sənədlərinin tam məzmununu ictimaiyyətə çatdırmaq, eləcə də məsuliyyətli addımlar atmaqla bağlı hökumət öhdəlik daşıyır.

Sənədi Amin Məmmədov (“Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyi) , Pərvanə Vəliyeva (“Sağlamlığa xidmət” İctimai Birliyi), Sabit Bağırov (Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu), Qəmzə Yusubova (“Ekoloji maarifçilik və monitorinq” İctimai Birliyi) imzalayıblar.

Son xəbərlər

Orphus sistemi