Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus şirkətin rəhbərliyi dəyişib
Ekologiya
- 27 dekabr, 2024
- 05:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "AzeLab" MMC-nin direktoru Raminə Abdullayeva işdən çıxıb.
"Report" xəbər verir ki, şirkətə rəhbərlik müvəqqəti olaraq onun müavini Şəhla Lətifovaya həvalə edilib.
Xatırladaq ki, "AzeLab" 2020-ci ildə nazirlik yanında Milli Hidrometeorologiya Xidmətinin Laboratoriya Mərkəzinin, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Laboratoriyasının və Milli Geoloji Kəşfiyyat Xidmətinin Analitik Tədqiqatlar laboratoriyasının bazasında yaradılıb. Onun nizamnamə kapitalı 245 749 manatdır. Şirkət dövlət sifarişinə əsasən ətraf mühit komponentlərinin keyfiyyəti üzrə analizlər həyata keçirir.
Son xəbərlər
19:11
Cinayət prosesində fəaliyyət qabiliyyəti olmayan şəxslərə dəstək mexanizmlərinin yaradılması tövsiyə edilib
Daxili siyasət
19:09
Rusiyada əcnəbilərin ölkədən çıxarılmasına əsas verən hüquqpozuntuların sayı ikiqat artırılır
Region
19:07
Foto
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
Fərdi
19:06
Sabah Hövsan–Türkan avtomobil yolunun bir hissəsi bağlanacaq - Yenilənib
İnfrastruktur
18:49
Azərbaycan bölgələrində sertifikatlı toxum satışı təşkil ediləcək
ASK
18:45
Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib
Digər ölkələr
18:30
Foto
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub
Hadisə
18:24
Foto
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Fərdi
18:19
Foto
Azərbaycanlı atlet Ravin Alməmmədov dünya çempionatında çıxış edib
Fərdi