Departament rəhbəri: Elektrik mühərriklərinə keçid gəmiçiliyin ətraf mühitə vurduğu zərəri azaltmağa kömək edə bilər

Departament rəhbəri: Elektrik mühərriklərinə keçid gəmiçiliyin ətraf mühitə vurduğu zərəri azaltmağa kömək edə bilər Xəzər dənizinin dayazlaşmasının səbəbi mürəkkəb xarakter daşıyır. İlk növbədə suyun səviyyəsi daxil olan çayların axınından asılıdır. Bunun sayəsində hövzə lazımi miqdarda su alır.
Ekologiya
1 Oktyabr , 2024 15:46
Departament rəhbəri: Elektrik mühərriklərinə keçid gəmiçiliyin ətraf mühitə vurduğu zərəri azaltmağa kömək edə bilər
Yucin Si

Xəzər dənizinin dayazlaşmasının səbəbi mürəkkəb xarakter daşıyır. İlk növbədə suyun səviyyəsi daxil olan çayların axınından asılıdır. Bunun sayəsində hövzə lazımi miqdarda su alır.

Bu barədə "Report"a açıqlamasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin əməliyyatlar departamentinin rəhbəri Yucin Si bildirib.

Onun sözlərinə görə, hazırda akvatoriyanın dərinliyi 6 metr olduğu üçün Bakı limanında 9 metr dərinlikdə dibdərinləşdirmə işləri aparılır.

“Hələlik ehtiyatımız var, lakin regiondakı həmkarlarımızın da eyni problemləri var və onlar da bu məsələ ilə məşğul olmalıdırlar”, - Yucin Si vurğulayıb.

O, həmçinin qeyd edib ki, gəmiçilik ətraf mühitin çirklənməsinə əhəmiyyətli təsir göstərir, ona görə də şirkət zərərli emissiyaları minimuma endirməyə çalışır. Yucin Sinin sözlərinə görə, elektrik mühərriklərinə keçid bu problemi həll etməyə kömək edə bilərdi, bundan əlavə Bakı limanı artıq bu istiqamətdə ASCO ilə işləyir.

Son xəbərlər

Orphus sistemi