Cim Skia: “Yerin temperaturunun 1,5 dərəcədən yuxarı qalxması yeni risklər yaradacaq”

Cim Skia: “Yerin temperaturunun 1,5 dərəcədən yuxarı qalxması yeni risklər yaradacaq” İstiləşmə artdıqca dünya daha təhlükəli olacaq, çünki temperaturun 1,5 dərəcə yüksəlməsindən sonra daimi donmuş torpaqların deqradasiyası, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, daha ekstremal hava şəraiti və ərzaq təhlükəsizliyi kimi yeni risklər ortay
Ekologiya
4 May , 2024 17:31
Cim Skia: “Yerin temperaturunun 1,5 dərəcədən yuxarı qalxması yeni risklər yaradacaq”

İstiləşmə artdıqca dünya daha təhlükəli olacaq, çünki temperaturun 1,5 dərəcə yüksəlməsindən sonra daimi donmuş torpaqların deqradasiyası, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, daha ekstremal hava şəraiti və ərzaq təhlükəsizliyi kimi yeni risklər ortaya çıxacaq.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin sədri Cim Skia Gürcüstanın paytaxtında Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən “Transformasiya üçün iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində nəticələrin əldə edilməsi” adlı seminarda bildirib.

"Ümumdünya Meteorologiya Təşkilatının təsdiq etdiyi kimi, 2023-cü il tarixdə ən isti il ​​olub, xüsusilə okeanların temperaturunda kəskin dəyişikliklər olub. Ekstremal hava hadisələri və meşə yanğınları artıq gələcək proqnozların bir hissəsi deyil və çoxlarımız üçün reallığa çevrilib”, - o vurğulayıb.

C. Skianın sözlərinə görə, dəniz səviyyələri durmadan yüksəlməyə davam edir, kiçik ada dövlətləri və s. bunun təsirlərinə məruz qalırlar: “Bütün bunlar bir əsrdən artıq insan fəaliyyətinin, o cümlədən qalıq yanacaqların yandırılması, qeyri-bərabər və qeyri-davamlı enerji və torpaq istifadəsi nümunələrinin nəticəsidir”.

Panel sədri bildirib ki, emissiyaların azaldılması tempini saxlamaq insanların həyatına birbaşa toxunan və daha kiçik fərdi sərmayələri əhatə edən tədbirlər görmək deməkdir.

Son xəbərlər

Orphus sistemi