Cəlilabadda baş verən meşə yanğını söndürülüb

Cəlilabadda baş verən meşə yanğını söndürülüb İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb avtomobildən atılan siqaret kötüyü olub
Ekologiya
31 İyul , 2015 15:09
Cəlilabadda baş verən meşə yanğını söndürülüb

Bakı. 31 iyul. REPORT.AZ/ Dünən Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasının səyi nəticəsində bu gün saat 14.00 radələrində söndürülüb. Bu barədə "Report"a ETSN-in mətbuat xidmətindən məlumat verilib. 

Məlumata əsasən, yanğın nəticəsində 1,5 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib. Hazırda yanğının səbəbləri və dəyən ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

Xatırladaq ki, ilkin ehtimala görə, yanğının baş verməsinə səbəb avtomobildən atılan siqaret kötüyü olub.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır", - ETSN-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi