Siyəzəndə kəndlərdən birində yanğın lokallaşdırılıb - YENİLƏNİB

Siyəzəndə kəndlərdən birində yanğın lokallaşdırılıb - YENİLƏNİB Bu gün səhər Siyəzən rayonunun bələdiyyə ərazisində başlayan yanğın hazırda meşə sahəsinə keçib, tərəfimizdən yanğının söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Şabran rayonu ərazisin
Ekologiya
20 Avqust , 2022 17:51
Siyəzəndə kəndlərdən birində yanğın lokallaşdırılıb - YENİLƏNİB

Siyəzən rayonunun Allahyarlı kəndində baş verən yanğın artıq lokallaşdırılıb. Hazırda bir qədər tüstülənmə var.

"Report" xəbər verir ki, bunu Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib.

O qeyd edib ki, Allahyarlı kəndindən başlayan yanğın isti hava və külək nəticəsində meşə ərazisinə keçib və nəticədə 2 hektar meşə fondu ərazisinə ziyan dəyib:

"Tüstülənən ərazilərin söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Yanğının söndürülməsində ETSN-in yerli qurumlarının 100-dən çox əməkdaşı iştirak edib".

13:45

"Bu gün səhər Siyəzən rayonunun bələdiyyə ərazisində başlayan yanğın hazırda meşə sahəsinə keçib,

"Report" xəbər verir ki, bunu Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib.

O qeyd edib ki, yanğının söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür:

"Şabran rayonu ərazisindəki yanğın isə lokallaşdırılıb. Şabran və Siyəzəndə baş verən yanğınlar hamımızı sarsıtdı, yenə də insanların ehtiyatsızlığından təbiətimiz zərər gördü. Yanğın başlayan gündən ETSN-in yerli qurumlarının bütün əməkdaşları, FHN-in yanğınsöndürənləri, ictimaiyyət nümayəndələri yanğının daha geniş ərazilərə keçməsinin qarşısını almaq üçün çalışırlar”.

Son xəbərlər

Orphus sistemi