Bazar gününə olan hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu açıqlanıb Bakıda səhər və axşam bəzi yerlərdə duman olacaq
Ekologiya
18 Aprel , 2015 12:23
Bazar gününə olan hava proqnozu açıqlanıb

Bakı. 18 aprel. REPORT.AZ/ Bazar günü Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, aprelin 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 15-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 16-20, bəzi yerlərdə 24, dağlarda gecə 3-8, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi