Bakıda “Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçiriləcək

Bakıda “Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçiriləcək Bakı. 4 oktyabr. REPORT.AZ/ “Az avtomobil, çox həyat” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Dövlət Təhlükəsizlik Xidmətinin, İDEA İctimai Birliyinin, BMT-nin Azərbaycandakı nümayəndəliyinin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının və “İsma bike”in iştirakı ilə oktyabrın 7-də veloyürüş keçiriləcək”.
Ekologiya
2072
4 Oktyabr , 2018 12:07
Bakıda “Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçiriləcək
0 : 00
0 : 00

Bakı. 4 oktyabr. REPORT.AZ/ “Az avtomobil, çox həyat” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Dövlət Təhlükəsizlik Xidmətinin, İDEA İctimai Birliyinin, BMT-nin Azərbaycandakı nümayəndəliyinin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının və “İsma bike”in iştirakı ilə oktyabrın 7-də veloyürüş keçiriləcək”.

Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, veloyürüş saat 10:00-da Azneft meydanından start götürəcək və Heydər Əliyev Mərkəzinədək davam edəcək: "Veloyürüşün keçirilməsində məqsəd İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair Paris Razılaşmasından irəli gələn öhdəliyin (2030-cu ilə qədər CO2 miqdarının 35 faizə qədər azalma) yerinə yetirilməsinə həm dövlət təşkilatları, həm də özəl sektorun diqqətini cəlb etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir".

Son xəbərlər

Orphus sistemi