Azərbaycanda həftənin ilk iş günü küləkli və soyuq olacaq
- 16 noyabr, 2014
- 10:38
Bakı. 16 noyabr. REPORT.AZ/ Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"-а bildiriblər ki, havanın temperaturu gecə və gündüz 8-10 dərəcə isti olacağı ehtimal edilir.
Bakı və Abşeron yarımadasında saniyədə 10-15 metr sürətlə şimal küləyi əsəcək, arabir 18-23 metrədək, gecə yarımadanın bəzi yerlərində 25-28 metrədək güclənəcək.
Azərbaycanın bölgələrində arabir yağış yağacağı ehtimal olunur. Saniyədə 5-10 metr sürətlə şimal küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 20-28 metrədək güclənəcək, dağlarda sulu qar və qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 1-6, gündüz 8-13, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.