Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, qar yağacaq - XƏBƏRDARLIQ Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək
Ekologiya
26 Yanvar , 2017 13:01
Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Bakı. 26 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında gündüzdən ayın sonunadək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Arabir yağış yağacaq, bəzi yerlərdə sulu qara, qara keçəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında yanvarın 27-dən ayın sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7 dərəcə aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.

Son xəbərlər

Orphus sistemi