ABŞ-la Çin iqlim dəyişməsinə dair öhdəlik imzalayıb

ABŞ-la Çin iqlim dəyişməsinə dair öhdəlik imzalayıb Çin və ABŞ Şotlandiyanın paytaxtı Qlazqoda iqlim dəyişməsi üzrə əməkdaşlıq haqqında qətnamə imzalayıb.
Ekologiya
11 Noyabr , 2021 09:54
ABŞ-la Çin iqlim dəyişməsinə dair öhdəlik imzalayıb

Çin və ABŞ Şotlandiyanın paytaxtı Qlazqoda iqlim dəyişməsi üzrə əməkdaşlıq haqqında qətnamə imzalayıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, istixana qazı istehsalı üzrə dünyanın başlıca iki dövlətinin bu sənədi imzalaması gözlənilməz olub.

Bildirilib ki, tərəflər qarşıdan gələn 9 il ərzində, yəni 2030-cu ilədək Yerin atmosfer qatında temperaturun 1,5 dərəcə selsi azalması istiqamətində birgə mübarizə aparacaqları öhdəliyini imzalayıblar.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden noyabrın 2-də Qlazqoda İqlim Dəyişməsi Konfransında çıxışında ölkəsinin öhdəliyindən danışarkən demişdi: “İqlim öhdəliyimizi sözlərlə deyil, əməllərimizlə nümayiş etdirəcəyik. ABŞ tullantılarının 2030-cu ilə qədər 50-52 faizdən aşağı səviyyəyə endirəcəyinə dair iddialı hədəfinə nail olacaq. Biz dünyaya ABŞ-ın təkcə yenidən masaya qayıtdığını deyil, nümunənin gücü ilə rəhbərlik edəcəyimizi göstərəcəyik. Başçılıq etdiyim administrasiya iqlim öhdəliyimizi sözlərlə deyil, əməllərimizlə nümayiş etdirmək üçün çox işləyirik".

Son xəbərlər

Orphus sistemi