XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surəti əldə edilib

XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surəti əldə edilib Bakı. 16 avqust. REPORT.AZ/ AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov İstanbulun Topqapı Sarayı Muzeyindən XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surətini əldə edib.
Ədəbiyyat
16 Avqust , 2018 15:45
XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surəti əldə edilib

Bakı. 16 avqust. REPORT.AZ/ AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov İstanbulun Topqapı Sarayı Muzeyindən XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surətini əldə edib.

AMEA-dan "Report"a verilən xəbərə görə, əsasən, farsca olan divanın sonunda şairin Azərbaycan türkcəsində yazdığı şeirlər toplanıb.

Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin nəslindən olan Əbdürrəzzaq Nəşə Təbrizi dövrünün tanınmış alimi, riyaziyyatçısı olub, Nadir şahın yürüşlərində iştirak edib. Divandakı Azərbaycan türkcəsində olan qəsidələr Nadir şahla bağlıdır. Bu qəsidələrdən biri Nadir şahın göstərişi ilə 1743-cü ildə Nəcəf şəhərində Həzrət Əlinin türbəsinin qızıla tutulması münasibətilə yazılıb.

Divanda şairin anadilli lirik şeirləri də yer alıb.

Son xəbərlər

Orphus sistemi