Vəli Məmmədovun 85 illik yubileyi ilə bağlı tədbir keçirilib

Vəli Məmmədovun 85 illik yubileyi ilə bağlı tədbir keçirilib “Vətəninin pərvanəsi” adlı tədbiri Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi təşkil edib
Ədəbiyyat
22 Fevral , 2016 17:47
Vəli Məmmədovun 85 illik yubileyi ilə bağlı tədbir keçirilib

Bakı. 22 fevral. REPORT.AZ/ Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi Nəriman Nərimanovun xatirə muzeyində ictimai xadim, yazıçı-publisist Vəli Məmmədovun 85 illik yubileyinə hər olunmuş tədbir keçirib.

Bu barədə "Report"a idarənin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə iştirak edən V.Məmmədovun həyat yoldaşı Xalidə Əlizadə, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov, tarix üzrə fələfə doktoru Firdovsiyyə Əhmədova, pedaqoji elmlər doktoru Əjdər Ağayev, yubilyarın qardaşı Arif Məmmədov Vəli Məmmədovun həyat və yaradıcılığından söhbət açıb, onun N.Nərimanovun ilk tədqiqatçısı, arxivlərdən, dövri mətbuatdan, Nərimanovun həyatı və irsinə dair zəngin material topladığından söz açıb.

Vəli Məmmədov haqqında danışan qonaqlar onun ictimai fikrin və Azərbaycan ədəbiyyatının problemləri ilə bağlı bir sıra elmi kütləvi məqalələrin müəllifi olduğunu bildirib.

Vəli Məmmədovun bir sıra rəhbər vəzifələrdə çalışdığını qeyd edən tədbir iştirakçıları onun 20 noyabr 1991-ci ildə erməni terroru nəticəsində vurulan vertolyot qəzasında həlak olduğunu xatırladıblar.

Tədbir iştirakçılarına Vəli Məmmədovun həyat və fəaliyyət yolunu əks etdirən sərgi, fotoslaydlar və videogörüntülər nümayiş olunub.

Həmçinin, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin üzvləri və Bülbül adına Orta İxtias Məktəbinin şagirdləri Vəli Məmmədova həsr olunmuş şeirlər və sevdiyi musiqilərdən parçalar təqdim edib. 

Son xəbərlər

Orphus sistemi