​“Qələm” nəşriyyatı balacalar üçün üç yeni kitab nəşr edib

​“Qələm” nəşriyyatı balacalar üçün üç yeni kitab nəşr edib Azyaşlıların sevimli qəhrəmanı Kayyunun macəralarını azərbaycanlı uşaqlar öz ana dillərində oxuya bilərlər
Ədəbiyyat
23 Noyabr , 2015 13:58
​“Qələm” nəşriyyatı balacalar üçün üç yeni kitab nəşr edib

Bakı. 23 noyabr. REPORT.AZ/ “Qələm” nəşriyyatı Azərbaycanda azyaşlı oxucuların öz vaxtını əyləncəli, səmərəli keçirməsi, mütaliə vərdişlərini gücləndirməsi və dünyagörüşlərini artırması üçün kitabların nəşrini davam etdirir. 

"Report" xəbər verir ki, nəşriyyat bu məqsədlə daha üç seriyadan olan kitabları satışa çıxarıb.

Bunlardan biri “Ninza tısbağalar” seriyasından olan kitablardır. Nəşriyyatdan bildirilib ki, həmin kitablar uşaqlar üçün əla beyin məşqi sayıla bilər: "Azyaşlıların sevimli qəhrəmanı Kayyunun macəralarını da indi uşaqlarımız öz ana dilimizdə oxuya bilərlər".

Onların daha bir sevimli qəhrəmanı Doranın sərgüzəştləri də “Qələm” nəşriyyatı tərəfindən Azərbaycan dilinə uyğunlaşdırılıb və satışa çıxarılıb.

Bu nəşrlərin hər biri Nickeledion və Choutte publishing nəşriyyatlarından alınıb və onların Azərbaycanda müəlliflik hüququ “Qələm” nəşriyyatına məxsusdur.

Nəşriyyatdan bildirilib ki, bu kitablar uşaqlarda mütaliə vərdişləri yaratmağa və bədii zövq formalaşdırmağa, onların dünyagörüşlərini genişləndirməyə və vaxtlarını səmərəli keçmələrinə şərait yaradacaq. 

Son xəbərlər

Orphus sistemi