Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin yeni metodiki vəsaitləri işıq üzü görüb - SİYAHI

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin yeni metodiki vəsaitləri işıq üzü görüb - SİYAHI Vəsaitlərin yerlərdə təqdimatların aparılması da planlaşdırılır
Ədəbiyyat
25 Noyabr , 2016 11:26
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin yeni metodiki vəsaitləri işıq üzü görüb - SİYAHI

Bakı. 25 noyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi 9 müxtəlif istiqaməti əhatə edən metodiki vəsaitlər hazırlayıb.

"Report"un xəbərinə görə, onların arasında Məzahir Qarayevin “Dəyirmi masaların təşkili qaydaları” adlı metodiki tövsiyəsində dəyirmi masaların təşkili qaydaları, onun keçirilməsinin üsul və şərtləri göstərilir.

Pərvanə Hüseynovanın “Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələr işinin təşkili”(II hissə) adlı metodiki tövsiyəsində ictimaiyyətlə əlaqələrin qurulması, onun əsas mərhələləri, məqsədləri, prinsipləri, tədbirlər planının tərtibi əsasları və s. bu kimi məsələlər göstərilib.

Elnarə Hacıyevanın “Xalq tamaşalarının və oyunlarının səhnələşdirilməsi” adlı metodiki vəsaitində müxtəlif mövzulara həsr olunmuş tamaşa və oyunlar göstərilmiş, gənc nəslin mədəni irslə, xüsusilə folklorumuzla bağlı bilgilərə yiyələnməsi üçün tövsiyyələr verilib.

Heydər Əliyev mərkəzlərinin ekspozisiyalarının nümunəvi tematik strukturu”nda müəllif Pakizə Almazova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi fəaliyyəti tarixi xronologiya ilə geniş bəhs edib. Tematik struktur bölgələrdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin ekspozisiyalarının qurulmasında istifadə edilməsi məqsədilə tərtib olunub.

Elxan Abdullabəyovun “Mədəniyyət müəssisələrinin əməkdaşları üçün sosial şəbəkələr haqqında ilkin biliklər” adlı metodiki tövsiyəsində sosial şəbəkələrin statistikası, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət muzeyləri, qalereyalar, qoruqlar, habelə bir sıra mədəniyyət mərkəzləri haqqında dərin və təfsilatlı məlumat verilib.

Leyla Rzayeva və Məhin Orucovanın birgə hazırladıqları “Uşaq xoru və onunla işin mahiyyəti” adlı metodiki tövsiyə uşaq musiqi və incəsənət məktəblərinin gənc xormeysterləri üçün nəzərdə tutulub.

Müəllif Natiq Mustafayevin hazırladığı “Azərbaycan xalq rəqslərindən təlim prosesində istifadə - pedaqoji problem kimi” adlı metodiki tövsiyə bədii təhsil müəssisələrində təhsil alan şagirdlərin milli folklor mədəniyyətimizin xalq mahnıları, aşıq musiqi dastanları və digər növləri kimi Azərbaycan xalq rəqsləri əsasında milli ruhda tərbiyə olunması, xalq rəqslərimizin yaranması, onların inkişaf tarixi, professional bəstəkar yaradıcılığında onlardan istifadə və ən əsası şagirdlərin mədəniyyətinin formalaşması, onların mənəvi dünyasının zənginləşdirilməsi kimi prioritet məsələləri əhatə edir.

Rauf İmanov və Lalə Musayevanın hazırladıqları “Musiqi savadı və musiqi dinləmə” fənni üzrə gündəlik dərs planı (5-7 illik təhsil üzrə) adlı metodiki vəsait məktəblilərin bilik, bacarıq və vərdişlər sisteminin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

Rauf İmanov, Yusif Vəliyev və Lalə Musayevanın birgə hazırladıqları “Azərbaycan xalq musiqisinin əsasları” fənni üzrə gündəlik dərs planı (11 illik təhsil üzrə) uşaq incəsənət məktəblərinin VIII-IX siniflərində dərs deyən müəllimlər üçün nəzərdə tutulub.

Hazırlanmış vəsaitlərin müvafiq mədəniyyət müəssisələrinə göndərilməsi ilə yanaşı, yerlərdə təqdimatların aparılması da planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi