Yuxarı

Fransada Nəriman Nərimanovun "Bahadır və Sona" kitabının təqdimatı olacaq

Fransada Nəriman Nərimanovun "Bahadır və Sona" kitabının təqdimatı olacaq
Təqdimat 19 aprel tarixinə planlaşdırılır

Srasburq. 14 aprel. REPORT.AZ/ Fransada Azərbaycan yazıçısı Nəriman Nərimanovun "Bahadır və Sona" kitabının təqdimatı olacaq.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, fransız dilində çap olunmuş kitabın təqdimatı 19 aprel tarixində Strasburq şəhərində keçiriləcək.

Azərbaycan ədəbiyyatında ilk roman olan “Bahadır və Sona”da yazıçı millətlər arasında dostluq və həmrəyliyin əhəmiyyətini nümayiş etdirir. Romanda xalqlar arasında ixtilafların nəticəsində ən səmimi və ən müqəddəs eşq və məhəbbətlərin necə məhv edildiyi göstərilir.

Nəriman Nərimanovun “Bahadır və Sona” əsəri Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evində çap olunub. “Kəpəz” nəşriyyat evinin Azərbaycan yazıçılarının əsərlərini fransız dilində nəşr etməkdə əsas məqsədi zəngin ədəbiyyatımızı fransalı oxuculara daha yaxından tanıtmaqdır.

Romanı fransız dilinə Elvin Abbasbəyli tərcümə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi