Bakı.25 dekabr. REPORT.AZ/ İtaliyada nəşr olunan “...Voci dall est...” (”Şərqin səsləri”) kitabında Azərbaycanın xalq şairi Fikrət Qocanın və Viktor Permyakovun şeirləri də yer alıb.
"Report" xəbər verir ki, bu barədə məlumatı AYB-nin mətbuat xidməti yayıb.
Şeirləri italyan dilinə Davide Gualtieri tərcümə edib. Kitabda Davide Gualtierinin Fikrət Qocanın və Viktor Permyakovun yaradıcılıqları haqqında məqalələri də çap olunub.
Kitabda yer alan Fikrət Qocanın “Haqdan soruşur”, “Görmürəm”, “Nuhun gəmisidi yer üzü”, “Fırlanıram vals, vals, vals”, “Bu yaşımda, bu gün”, “Yarımçıq iş” şeirləri İtaliya oxucularının ixtiyarına verilib.
Qeyd edək ki, “Treditre Editori” nəşriyyatında çap olunan kitabın üz qabığında Franko Marrokkonun “Büllur güllü bağ”, axırıncı səhifəsində Serena Nononun “Ağcaqayınlar” tabloları verilib.