Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycanın Serbiyadakı səfirliyi paytaxt Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və burada yaşayan azərbaycanlıların təşəbbüsü ilə görkəmli şair Bəxtiyar Vahabzadənin bu ölkədə yaxından tanıdılması və adının əbədiləşdirilməsi üçün şəhər meriyasına müraciət edib.
"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyət və Turizm Nazirliyi yayıb.
Bununla əlaqədar şəhər meriyası və ölkə parlamentinin iyunun 23-də keçirdiyi iclasda Belqradın Tsrnotravske küçəsindən başlayaraq Borska ilə Pere Velemiroviç küçələrinin kəsişməsinədək olan hissəsinə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adının verilməsi haqqında qərar qəbul edilib.
Qeyd edək ki, bu küçə Azərbaycan səfirliyinin binasına yaxın yerdə və şəhərin ən görkəmli hissəsində yerləşir.