Baş nazirin müavini Seyran Səxavəti təbrik edib

Baş nazirin müavini Seyran Səxavəti təbrik edib Elçin yazıçıya 70 illik yubileyi ilə bağlı təbrik teleqramı ünvanlayıb
Ədəbiyyat
17 Mart , 2016 17:04
Baş nazirin müavini Seyran Səxavəti təbrik edib

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan baş nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyev müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri, şair, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Seyran Səxavətə 70 illik yubileyi münasibətilə təbrik teleqramı ünvanlayıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı AYB-nin mətbuat xidməti yayıb.

Teleqramda deyilir:

"Əzizim Seyran!

Səni, müasir ədəbiyyatımızın görkəmli nümayəndəsini 70 illiyin münasibəti ilə ürəkdən təbrik edirəm. Bu cümləni yazıram və buradakı 70 mənim üçün inanılmaz, heyrətamiz bir rəqəmə çevrilir. Gözlərimin qabağına istedadlı, mehriban, eyni zamanda dəliqanlı gənc Seyran gəlir və bu gənc Seyran 70-i haqlasa da yenə həmin gənclik istedadı ilə, həmin gənclik enerjisi ilə yazıb-yaradır, romanları, hekayələri ilə yeni-yeni uğurlar əldə edir, ədəbiyyatımızı zənginləşdirir.

Səni bir daha ürəkdən təbrik edir, can sağlığı və uzun ömür arzulayıram. İstedad isə həmişə səninlə bir yerdədir".

Xatırladaq ki, martın 23-də görkəmli yazıçı, şair Seyran Səxavətin 70 yaşı tamam olur.

Son xəbərlər

Orphus sistemi