​Aqata Kristinin detektivlərində qatillərin müəyyən edilməsinin sirri tapılıb - FOTO

​Aqata Kristinin detektivlərində qatillərin müəyyən edilməsinin sirri tapılıb - FOTO Mütəxəssislər cinayətkarın müəyyən edilməsi üçün universal düstur tapıblar
Ədəbiyyat
26 Avqust , 2015 02:01
​Aqata Kristinin detektivlərində qatillərin müəyyən edilməsinin sirri tapılıb - FOTO

Bakı. 26 Avqust. REPORT.AZ/ Britaniya ədəbiyyatşünasları "detektiv janrının kraliçası" sayılan Aqata Kristinin əsərlərində cinayətkarın müəyyən edilməsi üçün universal düstur tapıblar.

"Report" xəbər verir ki, tədqiqat barədə "Gizmodo" nəşri yazıb.

Analitiklər komandası, eləcə də Belfast Kral Universitetinin mütəxəssisləri yazıçı Aqata Kristinin sağlığında işıq üzü görən 83 əsərindən 27-ni dərindən araşdırıblar.

Məlum olub ki, yazıçının əsərlərində hadisələrin baş verdiyi yer, nəqliyyat vasitələrinin xüsusiyyətləri və cinayət qurbanlarının qətlə yetirilmə xarakteri həmişə müəmmanın əsas açarı olub.

Həmçinin qatili çox vaxt onun romanda ortaya çıxma üsulu ilə müəyyən etmək mümkün olub. Cani qadın olduqda, Kristi onu, adətən xoşagəlməz ifadələrlə, əgər kişidirsə, əksinə daha komplimentçi təsvir edib. Əgər hadisə qurbanı boğulma ilə ölübsə, burada kişinin müqəssir olma ehtimalı 75% olub, qətl kənd yerində törədilibsə, o zaman cinayətin arxasında 75% qadın dayanmış olub.

Əldə edilən düstür ciddi riyazi xarakter daşımır. O, sadəcə dekektivin quruluşunu başa düşmək üçün xüsusi əlamət və məntiq arasında əlaqəni nümayiş etdirir.

Son xəbərlər

Orphus sistemi