Yaponiya millisi antirekord müəyyənləşdirib, ispaniyalı futbolçu rekorda imza atıb

Yaponiya millisi antirekord müəyyənləşdirib, ispaniyalı futbolçu rekorda imza atıb Yaponiya dünya çempionatları tarixində yeni antirekord müəyyənləşdirib.
Dünya Çempionatı - 2022
2 Dekabr , 2022 09:02
Yaponiya millisi antirekord müəyyənləşdirib, ispaniyalı futbolçu rekorda imza atıb

Yaponiya dünya çempionatları tarixində yeni antirekord müəyyənləşdirib.

"Report" "Opta"ya istinadən xəbər verir ki, Asiya təmsilçisi Qətərdə keçirilən mundialda qrup mərhələsinin III turunda İspaniya ilə matçda 18 faiz topa sahib olub.

Bu turnirlər ərzində qalib gələn komanda üçün antirekorddur.

İspaniyalı Rodri həmin qarşılaşmada çempionatlar tarixinin rekorduna imza atıb. 26 yaşlı yarımmüdafiəçinin görüşdəki 215 ötürməsinin 204-ü dəqiq alınıb.

Qeyd edək ki, İspaniyanı 2:1 hesabı ilə üstələyən Yaponiya yığması 1/8 finalda Xorvatiyaya, "buğalar" isə Mərakeşə rəqib olub.

Son xəbərlər

Orphus sistemi