DÇ-2022: Argentinalılar "Fransa, bəsdir ağladın" adlı petisiya başladıb

DÇ-2022: Argentinalılar "Fransa, bəsdir ağladın" adlı petisiya başladıb Argentinalılar Fransa millisinin Qətərdəki dünya çempionatının final oyununun yenidən keçirilməsi ilə bağlı müraciətinə cavab olaraq petisiya başladıb.
Dünya Çempionatı - 2022
24 Dekabr , 2022 15:38
DÇ-2022: Argentinalılar Fransa, bəsdir ağladın adlı petisiya başladıb

Argentinalılar Fransa millisinin Qətərdəki dünya çempionatının final oyununun yenidən keçirilməsi ilə bağlı müraciətinə cavab olaraq petisiya başladıb.

"Report" "change.org" saytına istinadən xəbər verir ki, "Fransa, bəsdir ağladın" adlı aksiyaya artıq 250 mindən çox insan qoşulub.

"DÇ-2022-nin finalında məğlubiyyətdən sonra fransızlar ağlamaqdan və şikayətlənməkdən əl çəkmirlər, Argentinanın dünya çempionu olduğunu etiraf etmirlər. Bu petisiya onların ağlamağı dayandırmaları və Lionel Messinin futbol tarixinin ən yaxşısı olduğunu, Kilian Mbappenin isə onun oğlu olduğunu qəbul etmələri üçün xahişdir", - mətndə bildirilib.

Qeyd edək ki, Argentina və Fransa yığmaları arasında final matçının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) "tanqoçular" 3-cü dəfə dünya çempionu olublar.

Fransızlar iddia edirlər ki, Messinin 108-ci dəqiqədə vurduğu 2-ci qol zamanı Argentina millisinin 3 futbolçusu meydana daxil olub və bu, FIFA reqlamentinin pozulmasıdır. Onlar məhz bu səbəbdən görüşün yenidən keçirilməli olduğunu söyləyirlər.

Son xəbərlər

Orphus sistemi