DÇ-2022: Final oyununda meydana girən tanınmış aşpazla bağlı tədbir görüləcək

DÇ-2022: Final oyununda meydana girən tanınmış aşpazla bağlı tədbir görüləcək FIFA Qətərdəki dünya çempionatında Fransa və Argentina yığmaları arasında keçirilmiş final oyunundan sonra meydançaya daxil olan türkiyəli tanınmış aşpaz Nüsret Gökçe ilə bağlı tədbir görəcək.
Dünya Çempionatı - 2022
22 Dekabr , 2022 22:24
DÇ-2022: Final oyununda meydana girən tanınmış aşpazla bağlı tədbir görüləcək

FIFA Qətərdəki dünya çempionatında Fransa və Argentina yığmaları arasında keçirilmiş final oyunundan sonra meydançaya daxil olan türkiyəli tanınmış aşpaz Nüsret Gökçe ilə bağlı tədbir görəcək.

"Report"un məlumatına görə, bu barədə ali futbol qurumundan "New York Times" nəşrinin sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, artıq məsələ ilə bağlı araşdırma aparılıb və bəzi şəxslərin mükafatlandırma mərasimində meydana icazəsiz girdiyi bəlli olub.

Qeyd edək ki, finalda Fransanı məğlub edən Argentina millisi tarixində 3-cü dəfə dünya kubokunu qazanıb.

Son xəbərlər

Orphus sistemi