Argentinada çempionluq paradından sonra 13 nəfər saxlanılıb

Argentinada çempionluq paradından sonra 13 nəfər saxlanılıb Onlardan biri abidənin yuxarı hissəsinə qalxıb
Dünya Çempionatı - 2022
21 Dekabr , 2022 09:21
Argentinada çempionluq paradından sonra 13 nəfər saxlanılıb

Buenos-Ayresdə Argentina millisinin dünya çempionatındakı qələbəsi şərəfinə keçirilən paraddan sonra 13 nəfər saxlanılıb.

"Report" "La Nacion" nəşrinə istinadən xəbər verir ki, polis həmin şəxsləri Obeliks abidəsinə girdikləri üçün tutub.

Onlardan biri abidənin yuxarı hissəsinə qalxıb. Bundan əlavə, çempionluq paradı zamanı 30-dan çox insan xəsarət alıb.

Qeyd edək ki, Qətərdə keçirilən DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edən Argentina seçməsi tarixində 3-cü dəfə titula sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi