Argentina hakimiyyəti izdiham səbəbindən milli komandanı helikopterlə təxliyə edib

Argentina hakimiyyəti izdiham səbəbindən milli komandanı helikopterlə təxliyə edib Argentina hakimiyyəti dünya çempionluğunun qeyd edilməsi mərasimində azarkeş izdihamı yaranması səbəbindən milli komandanın futbolçularını helikopterlə təxliyə edib.
Dünya Çempionatı - 2022
20 Dekabr , 2022 23:38
Argentina hakimiyyəti izdiham səbəbindən milli komandanı helikopterlə təxliyə edib

Argentina hakimiyyəti dünya çempionluğunun qeyd edilməsi mərasimində azarkeş izdihamı yaranması səbəbindən milli komandanın futbolçularını helikopterlə təxliyə edib.

“Report” yerli TN telekanalına istinadən xəbər verir ki, Argentina millisini daşıyan avtobus Buenos-Ayresin mərkəzinə qədər təxminən 17 kilometr yol qət etməli olub.

Lakin çox sayda insan olduğundan, çox yavaş hərəkət edib. Şəhərə axın edən insan sayı artıq 5 milyona çatıb.

Qeyd edək ki, Qətərdə keçirilən DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edən Argentina yığması tarixində 3-cü dəfə kuboku qazanıb.

Son xəbərlər

Orphus sistemi