"Səbail"in legioneri: "Messinin ən yaxşı olmaq üçün dünya çempionluğuna ehtiyacı yoxdur"

"Səbail"in legioneri: "Messinin ən yaxşı olmaq üçün dünya çempionluğuna ehtiyacı yoxdur" "Onların güclü baş məşqçiləri də var"
Dünya Çempionatı - 2022
27 Oktyabr , 2022 12:44
Səbailin legioneri: Messinin ən yaxşı olmaq üçün dünya çempionluğuna ehtiyacı yoxdur

"Messinin tarixin ən yaxşı oyunçusu olmaq üçün dünya çempionluğuna ehtiyacı yoxdur".

Bunu "Report"a açıqlamasında "Səbail" klubunda çıxış edən argentinalı futbolçu Franko Mazurek deyib.

Bu il Qətərdə keçiriləcək mundialda ölkəsinin milli komandasının şansları barədə danışan 29 yaşlı yarımmüdafiəçi dünya çempionatında qızıl medal qazanmağın çox çətin olduğunu bildirib: "Həmin turnirdə qalib olmaq üçün çox şey etməlisən. Ümid edirəm ki, bu il buna nail olacağıq".

Mazurek Argentinanın titula namizədlərdən biri olduğunu söyləyib: "Lakin sonda kuboku qaldırmaq üçün şansın da olmalıdır. Düşünürəm ki, qrup mərhələsində ən çətin rəqib məhz Meksikadır. Onların güclü baş məşqçiləri də var".

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Argentina C qrupunda Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi