Platini Makronun dəvətini rədd edib

Platini Makronun dəvətini rədd edib Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) keçmiş rəhbəri Mişel Platini Fransa prezidenti Emmanuel Makronun 2022-ci il dünya çempionatının finalında iştirak etmək dəvətini rədd edib.
Dünya Çempionatı - 2022
17 Dekabr , 2022 08:41
Platini Makronun dəvətini rədd edib

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) keçmiş rəhbəri Mişel Platini Fransa prezidenti Emmanuel Makronun 2022-ci il dünya çempionatının finalında iştirak etmək dəvətini rədd edib.

“Report” xəbər verir ki, bu barədə “Europe 1” məlumat yayıb.

Qətərdəki dünya çempionatının final oyununda Fransa Argentina ilə qarşılaşacaq. Qarşılaşma dekabrın 18-də baş tutacaq. Başlanğıc fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.

Bu günlərdə İsveçrənin Bellinzona məhkəməsi dələduzluq işi üzrə Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter və Mişel Platiniyə bəraət verib.

2015-ci ildə Blatter UEFA-nın o zamankı rəhbəri Mişel Platiniyə qanunsuz olaraq 2 milyon İsveçrə frankı köçürməkdə ittiham edilirdi.

Platini 2007-ci ilin yanvarından 2015-ci ilə kimi UEFA-nın rəhbəri olub. Əvvəlcə 90 gün vəzifəsindən kənarlaşdırılsa da, daha sonra 8 il müddətinə diskvalifikasiya edilib. Lakin bu müddət daha sonra 4 ilə endirilib.

Son xəbərlər

Orphus sistemi