Meksikalı futbolçu rekordçular sırasına düşüb, Messi Maradonaya çatıb

Meksikalı futbolçu rekordçular sırasına düşüb, Messi Maradonaya çatıb Messi və Ronaldu da DÇ-2022-də rekordçular sırasına düşüb
Dünya Çempionatı - 2022
26 Noyabr , 2022 23:33
Meksikalı futbolçu rekordçular sırasına düşüb, Messi Maradonaya çatıb

Meksika millisinin futbolçusu Andres Quardado dünya çempionatlarında rekordu təkrarlayıb.

"Report"un məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi buna Qətərdə keçirilən mundialda Argentinaya qarşı II tur matçında meydana çıxmaqla nail olub.

Quardado karyerasında 5-ci dəfə turnirdə iştirak edib. O, Antoni Karbahal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya), Canluici Buffona (İtaliya), Lionel Messi və Kriştianu Ronalduya (Portuqaliya) çatıb.

Messi və Ronaldu da DÇ-2022-də rekordçular sırasına düşüb.

Dünya çempionatlarında 21-ci qarşılaşmasına çıxan Messi bu göstəriciyə görə əfsanəvi Dieqo Maradonanın nailiyyətini təkrarlayıb.

Qeyd edək ki, Argentina - Meksika oyununda ilk hissə oynanılır və hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi