FIFA Almaniya Futbol Federasiyasına qarşı araşdırmalara başlayıb

FIFA Almaniya Futbol Federasiyasına qarşı araşdırmalara başlayıb FIFA Almaniya Futbol Federasiyasına (DFB) qarşı araşdırmalara başlayıb.
Dünya Çempionatı - 2022
28 Noyabr , 2022 18:38
FIFA Almaniya Futbol Federasiyasına qarşı araşdırmalara başlayıb

FIFA Almaniya Futbol Federasiyasına (DFB) qarşı araşdırmalara başlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Bundestimin futbolçularından heç birinin İspaniya ilə E qrupunun II tur oyunundan öncə mətbuat konfransına qatılmaması səbəb olub.

Yığmanın baş məşqçisi Hans Diter-Flik oyunçuları əlavə vaxt itirməmələri üçün media nümayəndələri önünə çıxmağa məcbur etmədiyini bildirib.

Reqlamentə əsasən, mundialın hər mətbuat konfransında baş məşqçi ilə yanaşı, bir futbolçu iştirak etməlidir.

Qeyd edək ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi