DÇ-2022: Niderland millisi Seneqala qalib gəlib

DÇ-2022: Niderland millisi Seneqala qalib gəlib Qətərdə keçirilən dünya çempionatında üz-üzə gələcək Seneqal və Niderland milli komandalarının start heyətləri açıqlanıb.
Dünya Çempionatı - 2022
21 Noyabr , 2022 22:01
DÇ-2022: Niderland millisi Seneqala qalib gəlib

Qətərdə keçirilən dünya çempionatının A qrupunda ilk tura yekun vurulub.

"Report"un məlumatına görə, qrupun ikinci oyununda Niderland millisi Seneqalla üz-üzə gəlib. "Al-Tumama" stadionunda keçirilən qarşılaşma "narıncılar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 84-cü dəqiqədə Kodi Qakpo və əsas vaxta əlavə olunmuş 9-cu dəqiqədə Devi Klassen vurublar.

Qrupun ilk matçında ev sahibi Qətər Ekvadora eyni hesabla uduzub.

Beləliklə, birinci turdan sonra Ekvador və Niderland 3 xalla ilk iki sıranı bölüşdürür. Xalı olmayan Qətər və Seneqal isə 3-4-cü yerlərdə qərarlaşıb.

21:46

Qətərdəki dünya çempionatında Seneqal və Niderland milli komandaları arasında keçirilən A qrupunun ilk tur oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 84-cü dəqiqədə fərqlənən Kodi Qakpo "narıncılar"ı hesabda önə çıxarıb.

21:07

Qətərdəki dünya çempionatında Seneqal və Niderland milli komandaları arasında keçirilən A qrupunun ilk tur oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra qarşılaşmada hesab açılmayıb.

20:49

Qətərdəki dünya çempionatında Seneqal və Niderland milli komandaları arasında keçirilən A qrupunun ilk tur oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

20:01

Qətərdəki dünya çempionatında Seneqal və Niderland milli komandaları arasında A qrupunun ilk tur oyunu başlayıb.

"Report"un məlumatına görə, "Al-Tumama" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

19:30

Qətərdə keçirilən dünya çempionatında üz-üzə gələcək Seneqal və Niderland milli komandalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:

Seneqal: Eduar Mendi, Yussuf Sabali, Pape, Abu Sisse, Xalidu Kulibali, Abdu Diallo, Şeyhu Kuyate, Nampali Mendi, İdrissa Geye, Buna Sarr, Bulaye Dia, Krepin Diatta

Niderland: Andris Noppert, Denzel Dümfris, Matteys de Liqt, Vircil van Deyk, Natan Ake, Deyli Blind, Stiven Bergeys, Frenki De Yong, Kodi Qakpo, Vinsent Yanssen, Stiven Berqveyn.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi