DÇ-2022: Portuqaliya millisi 1/8 finala vəsiqəni təmin edib

DÇ-2022: Portuqaliya millisi 1/8 finala vəsiqəni təmin edib Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda üz-üzə gələcək Portuqaliya və Uruqvay yığmalarının start heyətləri açıqlanıb.
Dünya Çempionatı - 2022
29 Noyabr , 2022 01:01
DÇ-2022: Portuqaliya millisi 1/8 finala vəsiqəni təmin edib

Portuqaliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqəni təmin edib.

"Report"un məlumatına görə, Fernandu Santuşun başçılıq etdiyi kollektiv buna H qrupunun II tur oyununda Uruqvayı 2:0 hesabı ilə məğlub etməklə nail olub. Brunu Fernandeşin vurduğu qollar pireneyliləri sona bir tur qalmış pley-offa daşıyıb.

28 yaşlı yarımmüdafiəçi 54-cü hesabı açıb. 90+3-cü dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Fernandeş yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran Pireney təmsilçisi liderliyini qoruyub. 1 xalı olan Uruqvay və Cənubi Koreya yığmaları 3-4-cü yerləri bölüşdürür. Qana seçməsi isə 3 xalla ikincidir.

Qeyd edək ki, daha əvvəl Fransa və Braziliya milli komandaları vaxtından əvvəl qrupdan çıxmağı rəsmiləşdirib.

00:53

Portuqaliya millisi Qətərdə keçirilən dünya çempionatında Uruqvaya qarşı H qrupunun II tur oyununda fərqi artırıb.

"Report"un məlumatına görə, 90+3-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Brunu Fernandeş özünün və komandasının 2-ci qoluna imza atıb - 2:0.

00:15

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Uruqvay yığmaları arasında H qrupunun II tur oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 54-cü dəqiqədə fərqlənən Brunu Fernandeş Avropa təmsilçisini önə çıxarıb.

00:05

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Uruqvay yığmaları arasında H qrupunun II tur oyununda 2-ci hissə başlayıb.

"Report"un məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb.

23:48

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Uruqvay yığmaları arasında H qrupunun II tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

23:00

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Uruqvay yığmaları arasında H qrupunun II tur oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

22:09

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda üz-üzə gələcək Portuqaliya və Uruqvay yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq:

Portuqaliya: Dioqu Koşta, Pepe, Nunu Mendeş, Joau Kanselu, Ruben Diaş, Ruben Neveş, Vilyam Karvalyu, Brunu Fernandeş, Bernardu Silva, Joau Feliks, Kriştianu Ronaldu

Uruqvay: Serxio Roçet, Rodriqo Bentankur, Xose Mariya Ximenes, Dieqo Qodin, Matias Oliveyra, Sebastyan Koates, Darvin Nunyes, Edinson Kavani, Federiko Valverde, Matias Vesino

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi