DÇ-2022: İngiltərə - ABŞ oyunu qolsuz heç-heçə ilə başa çatıb

DÇ-2022: İngiltərə - ABŞ oyunu qolsuz heç-heçə ilə başa çatıb Qətərdə keçirilən dünya çempionatının B qrupunun II turunda üz-üzə gələcək İngiltərə və ABŞ yığmalarının start heyətləri bəlli olub.
Dünya Çempionatı - 2022
26 Noyabr , 2022 00:51
DÇ-2022: İngiltərə - ABŞ oyunu qolsuz heç-heçə ilə başa çatıb

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və ABŞ yığmaları arasında B qrupunun II tur oyununda qalib müəyyənləşməyib.

"Report"un məlumatına görə, komandaların qol vurmaq üçün bir neçə imkanı olsa da, qarşılaşmada hesab açılmayıb.

Beləliklə, ilk 2 turdan sonra britaniyalılar 4 xalla qrupa başçılıq edir. 3 xalı olan İran yığması ikincidir. ABŞ 2 xalla 3-cü, Uels isə 1 xalla sonuncudur.

Qeyd edək ki, B qrupunda son turun görüşləri noyabrın 29-da olacaq. İngiltərə Uelslə, ABŞ isə İranla üz-üzə gələcək.

00:02

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və ABŞ yığmaları arasında B qrupunun II tur oyununda 2-ci hissə başlayıb.

"Report"un məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb.

23:46

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və ABŞ yığmaları arasında B qrupunun II tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

23:00

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və ABŞ yığmaları arasında B qrupunun II tur oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

22:28

Qətərdə keçirilən dünya çempionatının B qrupunun II turunda üz-üzə gələcək İngiltərə və ABŞ yığmalarının start heyətləri bəlli olub.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

İngiltərə: Cordan Pikford (k), Kiran Tripyer, Con Stounz, Harri Maquayr, Lyuk Şou, Deklan Rays, Cud Bellingem, Bukayo Saka, Meyson Maunt, Rahim Sterlinq, Harri Keyn (k)

ABŞ: Mett Terner, Serjinyo Dest, Uoker Tsimmerman, Tayler Adams (k), Entoni Robinson, Yunus Musa, Ueston Makkenni, Kristian Pulişiç, Tim Rim, Timoti Vea, Haci Rayt

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi