DÇ-2022: Argentina millisi ilk oyunda məğlub olub

DÇ-2022: Argentina millisi ilk oyunda məğlub olub Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək
Dünya Çempionatı - 2022
22 Noyabr , 2022 16:07
DÇ-2022: Argentina millisi ilk oyunda məğlub olub

Futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatının C qrupunda ilk matçına çıxıb. 

"Report"un məlumatına görə, Lionel Skaloninin baş məşqçi olduğu komanda I turda Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. 

Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı cənubi amerikalılar açıblar. 10-cu dəqiqədə Lionel Messi penaltini dəqiq yerinə yetirib. İkiqat dünya çempionu fasiləyə öndə yollanıb.

Səudiyyə Ərəbistanı yığması fasilədən sonra gözlənilmədən iki qol vurub. 48-ci dəqiqədə Saleh Al Şehri tarazlığı bərpa edib. 53-cü dəqiqədə Salem Al Davsari komandasını önə keçirib. 

Beləliklə, Argentina DÇ-2022-yə məğlubiyyətlə start verib. Qrupun digər oyununda Meksika və Polşa yığmaları münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

15:20

Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyununda üçüncü qol vurulub. 

Report"un məlumatına görə, Səudiyyə Ərəbistanı hesabda önə keçib - 2:1. 

53-cü dəqiqədə Salem Al Davsari fərqlənib. 

15:14

Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyununda ikinci qol vurulub. 

"Report"un məlumatına görə, Səudiyyə Ərəbistanı millisi bərabərlik qolunu vurub - 1:1. 

48-ci dəqiqədə Saleh Al Şehri fərqlənib. 

15:10

Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyununda ikinci hissə başlayıb.

 "Report"un məlumatına görə, Cənubi Amerika təmsilçisi 1:0 hesabı ilə öndədir. 

Yeganə qolu 10-cu dəqiqədə penaltidən Lionel Messi vurub. 

14:54

Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyununda birinci hissə başa çatıb. 

 "Report"un məlumatına görə, Cənubi Amerika təmsilçisi fasiləyə öndə yollanıb - 1:0. 

Yeganə qolu 10-cu dəqiqədə penaltidən Lionel Messi vurub. 

14:15

Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyununda hesab açılıb. 

"Report"un məlumatına görə, qarşılaşmanın 10-cu dəqiqəsində Lionel Messi penalti zərbəsi ilə Argentinanı hesabda önə çıxarıb. 

14:00

Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma saat 14:00-da start götürüb.

12:45

Qətərdə keçirilən dünya çempionatının C qrupunun ilk turunda üz-üzə gələcək Argentina və Səudiyyə Ərəbistanı yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar. 

Argentina: 23. Emiliano Martinez (q), 26. Molina Nahuel, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 3. Nikolas Talyafiko 7. Rodriqo De Paul, 5. Leandro Paredes, 17. Papu Qomez - 10. Lionel Messi (k), 22. Lautaro Martinez, 11. Anxel Di Mariya.

Səudiyyə Ərəbistanı: 21. Məhəmməd Əl-Ovais (q), 4. Saud Abdulhamid, 17. Hassan Tambakti, 5. Əli Al Boleahi, 13. Yasser Al Şahrani, 23. Məhəmməd Kanno, 8. Abdullah Al Malki, 7. Salman Al Faraj (k), 10. Salem Al Davsari. 11. Saleh Al Şehri

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi