Rusiya ordusunun Odessanı bombalaması nəticəsində kafedral kilsə dağılıb

Rusiya ordusunun Odessanı bombalaması nəticəsində kafedral kilsə dağılıb Rusiya ordusunun Ukraynanın Odessa şəhərini bombalaması nəticəsində kafedral kilsə dağılıb.
Din
23 İyul , 2023 13:55
Rusiya ordusunun Odessanı bombalaması nəticəsində kafedral kilsə dağılıb

Rusiya ordusunun Ukraynanın Odessa şəhərini bombalaması nəticəsində kafedral kilsə dağılıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Pravoslav Kilsəsinin (Moskva Patriarxlığının) Odessa yeparxiyası məlumat yayıb.

“2023-cü il iyulun 23-nə keçən gecə Rusiyanın Odessa şəhərinə hücumu zamanı raket Transfiqurasiya kafedralına düşüb. Raket birbaşa mərkəzi qurbangaha dəyib, nəticədə kafedral kilsənin binası və üç aşağı mərtəbə dağılıb, interyer və ikonalar əhəmiyyətli dərəcədə zədələnib”, - məlumatda deyilir.

Qeyd edək ki, iyulun 23-də Rusiya “Oniks”, “X-22” və “Kalibr” qanadlı raketlərindən istifadə etməklə Odessa və regiona növbəti hücuma keçib. Atışma nəticəsində mülki obyektlərə və yaşayış binalarına ziyan dəyib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinın yaydığı məlumata görə, Odessaya ballistik də daxil olmaqla müxtəlif tipli 19 raket atılıb. Hava hücumundan müdafiə qüvvələri onların yarısını vurub.

Son xəbərlər

Orphus sistemi