“Azərbaycan yəhudiləri vətənimizin sərvətlərinin talan olmasına qarşıdır”.
“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Bakı Gürcü Yəhudiləri Dini İcmasının sədri, Bakı Yahudi Məktəbinin direktor, ravvin Zamir İsayev deyib.
O, yanvarın 18-də azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolunda keçirdikləri aksiyanı izləyib.
“Mənim bura gəlməkdə məqsədim ekofəallarımızı dəstəkləməkdir. Azərbaycan yəhudiləri daim Azərbaycanın yanındadır. Hər bir Azərbaycan vətəndaşı kimi biz yəhudilər də vətənimizin sərvətlərinin talan olmasına qarşıdır. Hazırda dayandığımız bu yolda Rusiya sülhməramlılarına məxsus humanitar məqsədli avtomobillər sərbəst olaraq, maneəsiz olaraq keçir”, - ravin söyləyib.
Z.İsayev əmindir ki, ekofəallar məqsədinə nail olacaq: “Çünki bura Azərbaycan torpağıdır, bu sərvətlər Azərbaycanın sərvətləridir. Bunu heç kəs bizdən icazəsiz ölkədən çıxara, istismar edə bilməz. Burada çox sivil, sakit etiraz var. Təkcə bu gün yoldan içində sadə erməni vətəndaşları olan 10-dan çox avtomobil keçib”.