QMİ sədri: "Ermənilər özlərini məzlum göstərərək, 100 il bundan əvvəlki hadisəni "soyqırım" kimi dünyaya sırımaq istəyirlər"

QMİ sədri: "Ermənilər özlərini məzlum göstərərək, 100 il bundan əvvəlki hadisəni "soyqırım" kimi dünyaya sırımaq istəyirlər" Allahşükür Paşazadə: "Dünya hələ də Xocalı faciəsini qəbul etmir"
Din
16 Aprel , 2015 13:50
QMİ sədri: Ermənilər özlərini məzlum göstərərək, 100 il bundan əvvəlki hadisəni soyqırım kimi dünyaya sırımaq istəyirlər

Bakı. 16 aprel. REPORT.AZ/ "Ermənilər özlərini məzlum göstərərək, 100 il bundan əvvəl baş verən hadisəni "soyqırım" kimi dünyaya sırımaq istəyirlər". "Report"un məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında belə deyib.

QMİ sədri qeyd edib ki, ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal ediblər və azərbaycanlılara qarşı soyqırım törədiblər: "Ermənilər işğal etdikləri ərazilərdə dini məbədləri, o cümlədən kilsələri, mədəniyyət abidələrini dağıdıblar. Lakin dünya ictimaiyyəti tərəfindən buna ikili standartlardan yanaşılır. Dünya hələ də Xocalı faciəsini qəbul etmir. Amma erməni ekstermistləri bu gün özlərini məzlum göstərərək, 100 il bundan əvvəl baş verən hadisəni uydurma "soyqırım" kimi dünyaya sırımaq istəyirlər. Biz inanırıq ki, gec-tez həqiqətlər üzə çıxacaq və haqq öz yerini tapacaq”.

Son xəbərlər

Orphus sistemi