Mübariz Qurbanlı: "İndiyə qədər Məhərrəm ayı ilə bağlı hər hansı qanun pozuntusuna rast gəlməmişik"

Mübariz Qurbanlı: "İndiyə qədər Məhərrəm ayı ilə bağlı hər hansı qanun pozuntusuna rast gəlməmişik" Dövlət Komitəsinin sədri: "Əminəm ki, vətəndaşlarımız imam Hüseyn əzadarlığını dinimiz və qayda-qanunlarımız çərçivəsində həyata keçirə biləcəklər"
Din
28 Sentyabr , 2017 11:14
Mübariz Qurbanlı: İndiyə qədər Məhərrəm ayı ilə bağlı hər hansı qanun pozuntusuna rast gəlməmişik
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı / Report

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Məhərrəm ayının başlanması və gedişi ilə əlaqədar hələ ki, hər hansı qanun pozuntusuna rast gəlməmişik".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Məhərrəm ayının keçirilməsi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvada irəli sürülən prinsiplərə əməl olunması üçün vacib olan tədbirlər görülür: "Dövlət Komitəsi və QMİ-nin yerli qurumları Məhərrəm ayının Azərbaycan qanunvericiliyinə və QMİ-nin fətvasına uyğun keçirilməsi üçün lazımi tədbirlər görür. Əminəm ki, hər hansı bir insident baş verməyəcək və vətəndaşlarımız imam Hüseyn əzadarlığını dinimiz və qayda-qanunlarımız çərçivəsində həyata keçirə biləcəklər".

Son xəbərlər

Orphus sistemi