Mübariz Qurbanlı: "Dini mərasimlər zamanı "camaat nə deyər" yanaşması insanları səhv addım atmağa sövq edir"

Mübariz Qurbanlı: "Dini mərasimlər zamanı "camaat nə deyər" yanaşması insanları səhv addım atmağa sövq edir" Bakı. 15 oktyabr. REPORT.AZ/ Əgər kimsə dindən başqa məqsədlərlə istifadə etməyə cəhd göstərərsə, dövlət buna müdaxilə edəcək.
Din
15 Oktyabr , 2018 12:57
Mübariz Qurbanlı: Dini mərasimlər zamanı camaat nə deyər yanaşması insanları səhv addım atmağa sövq edir
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Əgər kimsə dindən başqa məqsədlərlə istifadə etməyə cəhd göstərərsə, dövlət buna müdaxilə edəcək".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini mərasimlər: tarix, ənənə və hüquq" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bu mərasimlərdə vətəndaşların heç bir hüquqi məsuliyyəti yoxdur: "Bu, birbaşa mənəviyyat məsələsidir. Bəzən ali təhsilli, dünyagörüşlü insanlar bu mərasimlərin keçirilməsi zamanı israfa yol verirlər. "Camaat nə deyər?!" yanaşması insanları səhv etməyə sövq edir. Bu isə düzgün deyil. Hər bir şəxs düşünməlidir ki, "Allah nə deyir, dinimiz nə buyurur?".

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycanda dindən başqa məqsədlərlə istifadə edilməsi hallarına rast gəlinmir: "Lakin maarifləndirmə aparılmasa, dünya ölkələrində baş verən bu kimi hallar bizə də təsir göstərə bilər. Odur ki, maarifləndirmə gücləndirilməlidir ki, insanlar dini mərasimlər keçirərkən çərçivədən kənara çıxmasınlar". 

Son xəbərlər

Orphus sistemi