Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın dini liderlərinin görüşü başlayıb

Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın dini liderlərinin görüşü başlayıb Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunacaq
Din
8 Sentyabr , 2017 17:00
Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın dini liderlərinin görüşü başlayıb
Foto: Виктор Скалдин

Moskva. 8 sentyabr. REPORT.AZ/ Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri - Şeyxülislam Allahşükür Paşazadə, bütün ermənilərin katolikosu II Qaregin və Moskva və bütün Rusiyanın Patriarxı Kirill arasında görüş başlayıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, görüş Patriarx Kirillin iqamətgahı olan Müqəddəs Danilov Monastırında baş tutur.

Patriarx Kirillin təşəbbüsü ilə təşkil edilən dini liderlərin görüşü sülhməramlı xarakter daşıyır və görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə ediləcək.

Görüşü çox sayda rusiyalı və xarici jurnalistlər işıqlandırır.

Xatırladaq ki, dini liderlərin bu formatda ilk görüşü 2010-cu il aprelin 26-27-də Bakıda Ümumdünya Dini Liderlər sammiti çərçivəsində keçirilib. Sammitin yekununda Bakı Bəyannaməsi qəbul edilib.

Son xəbərlər

Orphus sistemi