Bakı. 18 sentyabr. REPORT.AZ/
Deputat ərəb naibə onun əvəzindən həcc ziyarətinin əməllərini yerinə yetirmək üçün pul ödədiyini də deyib. Lakin nə qədər vəsait ödədiyini açıqlamayıb: "Pulun həcmi mənimlə onun arasında olan söhbətdir, bunu açıqlamaq düzgün olmazdı".
Q.Salahzadə həcc ziyarətlərinin sayının 27-yə çatdığını bildirib.
Qeyd edək ki, Q.Salahzadə 27 saylı Sabunçu ikinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının deputatıdır. YAP-ın noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilər üzrə deputatlığa namizədlərinin siyahısında onun adı yoxdur. Bəzi saytlar Q.Salahzadənin həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıtmasını adının namizədlər siyahısında olmaması ilə əlaqələndirib. Deputat bildirib ki, həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıtması adının YAP-ın namizədləri siyahısına düşməməsi ilə bağlı deyil.
Q.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri