Kütləvi dini mərasimlərlə bağlı yeni qaydalar müəyyənləşir

Kütləvi dini mərasimlərlə bağlı yeni qaydalar müəyyənləşir Bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilir
Din
217
13 Aprel , 2021 18:41
Kütləvi dini mərasimlərlə bağlı yeni qaydalar müəyyənləşir

Kütləvi dini ibadət, ayin və mərasimlərin keçirilməsi qaydası müəyyənləşir.

“Report” xəbər verir ki, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilir.

Qanuna əlavə edilən yeni 6-1-ci maddəyə əsasən, kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçiriləcək.

Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi